RU

Qızılın qiyməti yeni ilə cüzi artımla başladı

Qızılın qiymətləri yeni ilə cüzi artımla başladı.

SİA Haber global xəbər saytına istinadən məlumat verir ki, qızıl daxili bazarlarda ən çox qazandıran və inflyasiyanı 2 dəfə üstələyən gəlir təmin edən yeganə investisiya aləti oldu.

Qızılın dəyərinin artmasında bir neçə mühüm amil rol oynayıb. ABŞ-da Donald Trampın ticarət tarifləri ilə bağlı siyasətinin yenidən gündəmə gəlməsi qlobal ticarətə dair riskləri artırıb. Bununla yanaşı, Rusiya–Ukrayna müharibəsinin davam etməsi və Yaxın Şərqdə İsrail ilə HƏMAS arasında yaşanan qarşıdurmalar geosiyasi gərginliyi daha da dərinləşdirib. Bu proseslər investorları riskli aktivlərdən uzaqlaşdıraraq qızıla yönəldib və nəticədə qızılın qiymətində yüksəliş müşahidə olunub.

Müəllif: Günay Hacıyeva
Избранный
22
1
sia.az

2Источники