Axar.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Qazaxıstan çeçen müxalifətçi və Sankt-Peterburqdan olan Navalnı tərəfdarı Mansur Mövlayev və Yuliya Yemelyanovaya sığınacaq verməkdən imtina edib.
Axar.az xəbər verir ki, bu barədə qazaxıstanlı hüquq müdafiəçisi Murat Adam deyib.
Onun sözlərinə görə, fəalların sığınacaq üçün müəyyən meyarlara cavab vermədiyi aşkarlanıb.
Qeyd edək ki, Mənsur Mövlayev 2025-ci ilin mayında Qazaxıstanda saxlanılıb. O, Rusiyada narkotik ittihamı ilə iki il həbs cəzası çəkib (fəalın sözlərinə görə, əsl səbəb onun çeçen müxalifətinin “Adat” hərəkatına yardım etməsi olub və təhlükəsizlik qüvvələri ona sadəcə olaraq iki ittiham seçməsini bildiriblər – narkotik maddə saxlamaq və ya silah saxlamaq). Yuliya Yemelyanova 2025-ci ilin sentyabrında Qazaxıstanda hava limanında saxlanıb. Rusiya Daxili İşlər Nazirliyi onu taksi sürücüsünün telefonunu oğurlamaqda ittiham edərək axtarışa verib, lakin hüquq müdafiəçisi Marqarita Kuçuşeva bu işi uydurma adlandırıb və Yemelyanovanın təqibini onun Navalnının Sankt-Peterburqdakı qərargahında könüllü işləməsi ilə əlaqələndirib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.