RU

İsveçrədə xizək kurortunda partlayış I Ölənlər var

AzVision.az xəbər verir ki, bu barədə Agence France-Presse (AFP) yerli polisə istinadən məlumat yayıb. Kanton polisinin sözçüsü agentliyə bildirib ki, səbəbi bəlli olmayan partlayış nəticəsində bir neçə nəfər yaralanıb və ölüb.

Hakimiyyət orqanlarının məlumatına görə, yanğın bir və ya bir neçə partlayışdan sonra gecə saatlarında Le Constellation barında baş verib. Hadisə yerinə yanğınsöndürənlər və xilasetmə xidmətləri, Air-Glaciers helikopterləri və çoxsaylı təcili yardım maşınları gəlib.

“RTS” nəşrinin məlumatına görə, saat 1:30 radələrində müəssisənin zirzəmisində baş verən partlayış yanğına çevrilib. Adətən saat gecə saat 2:00-a qədər açıq olan bar 400 nəfərə qədər müştəri qəbul edə bilir.


AzVision.az

Избранный
57
2
azvision.az

2Источники