RU

ABŞ Azərbaycanı sadiq müttəfiq adlandırdı

ABŞ Konqresinin saytında Azərbaycana hərbi yardımı məhdudlaşdıran 907-ci maddənin ləğvi ilə bağlı qanun layihəsi yerləşdirilib.

“Cebheinfo.az” xəbər verir ki, qanunun əsaslandırılmasında deyilir:

"Konqres hesab edir ki:

Müstəqillik qazandıqdan bəri Azərbaycan həm hərbi, həm də sülh dövründə mühüm əməkdaşlıq təmin edərək ABŞ və onun müttəfiqlərinin sadiq müttəfiqi olaraq qalıb;

Azərbaycan Cənubi Qafqazda sülhün prioritetinə açıq şəkildə sadiq qaldığını nümayiş etdirib;

Azərbaycan və Ermənistanın sərhədləri və ərazi bütövlüyü barədə razılığa gələn sülh sazişi əldə edib".

Beləliklə, ABŞ Azərbaycanı “sadiq müttfiq” adlandırıb.

Xatırladaq ki, 907-ci düzəliş və ya 907-ci maddə 1992-ci ildə ABŞ Konqresii tərəfindən "Azadlığı müdafiə aktı"a əlavə edilən və Azərbaycana ABŞ-nin birbaşa dövlət yardımını qadağan edən qanunvericilik aktıdır. Erməni lobbisinin təşəbbüsü ilə qəbul edilib. Bu qadağa Azərbaycanı iqtisadi və siyasi sabitliyi asanlaşdırmaq üçün ABŞ hökumətindən birbaşa yardım almayan yeganə postsovet dövlətinə çevirmişdi. 

2001-ci ildən etibarən hər il ABŞ prezidentləri tərəfindən tətbiqi dayandırılırdı. 8 avqust 2025-ci il Azərbaycan, ABŞ, Ermənistan liderlərinin üçtərəfli görüşü zamanı düzəlişin tətbiqinin ABŞ Prezidenti tərəfindən növbəti dəfə dayandırıldığı elan edilib.

Избранный
100
7
cebheinfo.az

8Источники