Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2026-cı ilin ilk reytinq cədvəlini açıqlayıb.
"Football-plus.az" xəbər verir ki, şahmatçılarımızdan ən yaxşı göstərici Şəhriyar Məmmədyarova məxsusdu. O, 2730 xalla 19-cu pillədə qərarlaşıb.
Teymur Rəcəbov (2692) 35-ci, Rauf Məmmədov (2645) 76-cı, Eltac Səfərli (2644) 78-ci sıradadı. Aydın Süleymanlı isə bu dəfə ilk "100-lük"dən kənarda qalıb. O, 26 28 xalla 101-ci yerdə qərarlaşıb.
Kişilərin siyahısına norveçli Maqnus Karlsen (2840) başçılıq edir. Qadın şahmatçılardan isə reytinq cədvəlində çinli Hou İfan (2613) liderdi.
Qadın şahmatçılarımızdan Ülviyyə Fətəliyeva (2434) 27-ci, Günay Məmmədzadə (2390) 53-cü, Gövhər Beydullayeva (2364) 77-ci, Xanım Balacayeva isə (2351) 90-cı yerdədi.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта