RU

“Dövlətin təhlükəsizliyi üçün güclü ordunun mövcudluğu əsas şərtdir”

Moderator.az saytına istinadən ain.az xəbər verir.

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində son 5 ildə ordumuzun inkişafı istiqamətində atılan addımlara diqqət çəkib. Dövlət başçısı bildirib ki, bu müddət ərzində ordumuz öz gücünün əhəmiyyətli dərəcədə artırıb, yerli silahlarla yanaşı, xarici silah və hərbi texnikaları arsenalına qəbul edib.

Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Asim Mollazadə, dövlətimizin və xalqımızın təhlükəsizliyi üçün güclü ordu faktorunun mühüm rol oynadığını bildirib:

“Dövlətin təhlükəsizliyi üçün güclü ordunun mövcudluğu əsas şərtdir. Son illər dünyamızda baş verən hadisə və proseslər bunu bir daha sübut edir. Odur ki, Azərbaycan dövləti özünün təhlükəsizliyini təmin etmək üçün ordunun inkişafını daim diqqət mərkəzində saxlayır. Bunun üçün bütün imkanlardan istifadə edir.

Son 5 il ərzində ordumuzun daha da inkişaf etdiyi heç kimə sirr deyil. Müzəffərm Ali Baş Komandanımızın diqqət və qayğısı sayəsində bu gün Azərbaycan Silahlı Qüvvəıləri dünyanın ən güclü orduları sırasında yer alır. Və bu o deməkdir ki, dövlətimizin təhlükəsizliyi yüksək səviyyədə təmin olunur və bundan sonra da eyni qətiyyə və əzmlə təmin ediləcək”.

Seymur ƏLİYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
48
1
moderator.az

2Источники