Bakı. Trend:
Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Rusdili kafedrasının professoru Mikayıl Cəfərov vəfat edib.
Trend xəbər verir ki, MikayılCəfərov 1939-cu il iyulun 7-də Gürcüstanda anadan olub.1950-1956-ci illərdə Qazaxıstanın Cambul rayon orta məktəbindətəhsil alıb. 1956-1960-cı illərdə Marneuli rayonu Şulaveri qəsəbəorta məktəbində təhsilini davam etdirib. 1961-1962 və 1966-1969-cuillərdə M.F.Axundzadə adına Azərbaycan Pedaqoji Dillər İnstitutunda(APDİ) təhsil alıb. 1980-ci ildə “XVIII-XX əsrlər rus dilindəmürəkkəb sifətlər” mövzusunda dissertasiya müdafiə edib vəfilologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 1969-1979-cuillərdə APDİ-də laborant və müəllim vəzifələrində çalışıb. 1979-cuildən BDU-da fəaliyyət göstərib. 1979-1984-cü illərdə BDU-nun Rusdilçiliyi kafedrasında baş müəllim, 1984-2024-cü illərdə Rus dili(təbiət fakültələri üzrə) kafedrasının müdiri olub. 2024-cü ildənisə kafedranın professoru kimi fəaliyyət göstərirdi. O,2006-2016-cı illərdə Azərbaycan Respublikası Prezidenti yanında AliAttestasiya Komissiyasının eksperti olub.
Mikayıl Cəfərov 1984-cü ildə dosent elmi adını alıb. 1998-ciildə “XVII-XX əsrlər rus dilində mürəkkəb sözlərinstruktur-semantik inkişafı” mövzusunda dissertasiya müdafiə edib vəfilologiya elmləri doktoru elmi dərəcəsi, 2004-cü ildə professorelmi adını alıb. Tədqiqat sahəsi rus dilçiliyi, rus dili və rusdilinin tədrisi metodikası olub.
O, 2009-cu ildə “Əməkdar müəllim” fəxri adı, 2019-cu ildə isə"Tərəqqi" medalı ilə təltif olunub.
BDU rəhbərliyi və kollektivi professor Mikayıl Cəfərovunvəfatından kədərləndiyini bildirir, ailəsinə və yaxınlarına dərinhüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!