RU

İcra sistemində mühüm yenilik - Xüsusi icra məmurları işə başlayır

Cəlilabadda gənclər arasında düşən mübahisə nəticəsində 1 nəfər bıçaqlanıb.

Avtosfer.az xəbər verir ki, hadisə rayon mərkəzində, Heydər Əliyev prospektində yerləşən seyrəngahda qeydə alınıb.

Məlumata görə, münaqişə zəminində rayonun Uzuntəpə kənd sakini, 2009-cu il təvəllüdlü M. Əsgərəli bıçaq xəsarətləri alıb. Yaralı dərhal rayon mərkəzi xəstəxanasına çatdırılaraq cərrahi əməliyyata alınıb. Hazırda yeniyetmənin vəziyyətinin stabil olduğu bildirilir.

Əməli törətməkdə şübhəli bilinən şəxs isə polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Cəlilabad rayon Polis Şöbəsində araşdırma aparılır./qafqazinfo

Избранный
25
avtosfer.az

1Источники