RU

Pezeşkiandan İrandakı etirazlarla bağlı açıqlama

İran Prezidenti Məsud Pezeşkian İranda artıq 5 gündür davam edən kütləvi etirazlarla bağlı açıqlama verib.

"Cebheinfo.az" xəbər verir ki, Çahar Mahal və Bəxtiyari əyalətinə səfəri zamanı çıxış edən Pezeşkian problemlərin həllində uğurun böyük ölçüdə düşüncə tərzindən və yanaşmadan asılı olduğunu bildirib.

Xalqın narazılığını aradan qaldırmaq üçün hökumətin effektiv xidmətlər göstərməli, resursları düzgün idarə etməli, iqtisadi və sosial problemlərə praktik həll yolları tapmalı olduğunu deyən Pezeşkian bildirib: 

İranda dərinləşən iqtisadi böhran və devalvasiyaya qarşı etirazlar və tətillər davam edir.Bazar günü İranın milli valyutası rialın dollar qarşısında kəskin ucuzlaşmasından sonra paytaxt Tehrandakı böyük bazar və dükanlarının bağlaması ilə başlayan etirazlar, universitet tələbələrinin də qoşulması ilə rejimə qarşı xarakter alaraq sürətlə ölkə miqyasında yayılıb.

İrandakı etirazlar Kərəc, Həmədan, İsfahan, Şiraz, Yəzd, Kirmanşah, Keşm və Malard daxil olmaqla bir çox şəhərə yayılıb. Universitet tələbələrinin iştirakı ilə etirazlar getdikcə siyasi xarakter qazanıb, aksiyalar zamanı “Diktatora ölüm” şüarları səsləndirilib. Bəzi bölgələrdə etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmaların yaşandığı bildirilib.

İran işçi hərəkatına yaxın olan ILNA xəbər agentliyi ölkə üzrə 7-si Tehranda olmaqla 10 universitetdə etirazların keçirildiyini məlumat verib.

İran Prezidenti Məsud Pezeşkian iqtisadi problemlər səbəbilə başlayan etirazlara toxunaraq ABŞ sanksiyalarına işarə edib və bildirib ki, “xarici təzyiqlərin artdığı bir şəraitdə daxili zəifləmə ölkəyə ciddi zərər vurur”.

Pezeşkian Daxili İşlər nazirinə etirazçıların nümayəndələri ilə görüşərək onların “qanuni tələblərini” dinləmək tapşırığı verdiyini də qeyd edib.

Prezident pul və bank sistemində islahatların aparılacağını, əhalinin alıcılıq qabiliyyətinin qorunması üçün tədbirlər görüləcəyini vəd edib.

Hökumət sözçüsü Fatimə Mühacirani etirazların “güclü iqtisadi təzyiqlərin yaratdığı ictimai məyusluğu” əks etdirdiyini qəbul edərək, konstitusiyaya əsasən dinc etiraz hüququnun tanındığını bildirib.

İran Baş prokuroru Məhəmməd Movahedi Azad isə iqtisadi problemlərə qarşı dinc etirazların qanuni olduğunu, lakin sabitliyi pozmağa yönəlmiş cəhdlərin sərt cavabla qarşılanacağını deyib.

Избранный
60
1
cebheinfo.az

2Источники