ain.az, Oxu.az portalına istinadən məlumat verir.
2025-ci ilin ilk 10 ayı ərzində Azərbaycana 456.58 ton saqqız (şəkərli və ya şəkərsiz) idxal edilib. İdxalın ümumi dəyəri 2 milyon 257.95 min ABŞ dolları təşkil edib. Bu göstəricilər 2024-cü ilin eyni dövrü ilə müqayisədə miqdar baxımından 55.08 ton azalıb, dəyəri isə təxminən 101.7 min dollar artıb.
Oxu.Az rəsmi statistikaya istinadən xəbər verir ki, 2024-cü ilin yanvar-oktyabr aylarında ölkəyə 511.66 ton saqqız idxal olunmuş, idxalın dəyəri isə 2 milyon 156.22 min ABŞ dolları olmuşdu.
2025-ci ilin ilk 10 ayında saqqız əsasən aşağıdakı ölkələrdən idxal olunub:
- Türkiyə - 307.73 ton (1 milyon 364.27 min dollar);
- Rusiya - 52.47 ton (473.63 min dollar);
- Türkmənistan - 35.62 ton (187.63 min dollar);
- İran - 25.75 ton (51.5 min dollar);
- Pakistan - 15.19 ton (46.84 min dollar);
- Çin - 11.62 ton (45.28 min dollar);
- İtaliya - 4.16 ton (48.98 min dollar);
- ABŞ - 0.02 ton (0.87 min dollar).
Rəqəmlərdən görünür ki, 2025-ci ildə ən bahalı məhsul ABŞ-dən alınıb: 20 kiloqram saqqıza 870 dollar ödənilib ki, bir tonunun qiyməti 43.5 min dollar edir.
2024-cü ilin eyni dövründə də əsas idxalçı ölkə Türkiyə olub. Həmin dövrdə Türkiyədən 350.01 ton saqqız idxal edilib. Onu Rusiya (61.6 ton) və Türkmənistan (26.19 ton) izləyib.
Elmidar Əliyev
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.