Samux rayonunda bıçaqlanma hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Lək kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 2004-cü il təvəllüdlü V. Səmədzadə bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Ona dərhal tibbi yardım göstərilib. Həkimlərin verdiyi məlumata görə, yaralının vəziyyəti orta-ağır qiymətləndirilir.
Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov