RU

Fransada uşaqlar üçün sosial şəbəkələr qadağan edilə bilər

BAKI, 2 yanvar. TELEQRAF

Fransa parlamentində 2026-cı il 1 sentyabr tarixindən etibarən 15 yaşdan kiçik şəxslər üçün sosial şəbəkələrin qadağan olunmasını nəzərdə tutan qanun layihəsi müzakirə olunur.

Teleqraf xəbər verir ki, bu barədə "BILD" məlumat yayıb.

Qanun layihəsinin müəllifləri sosial şəbəkələrin asılılıq yaratması, kiberzorakılıq, zərərli məzmun və yuxu pozuntuları kimi ciddi risklərə dair araşdırmalara istinad edirlər.

Yanvar ayında qəbul edilə biləcəyi ehtimal olunan layihəyə əsasən, təhsil müəssisələrində mobil telefonlardan istifadə ilə bağlı qadağalar da sərtləşdirilir. Belə ki, mobil telefonlardan istifadə yuxarı siniflərdə də qadağan ediləcək. Qeyd edək ki, ibtidai və orta məktəblərdə bu qadağa artıq 2018-ci ildən qüvvədədir.

Fransa bu məsələdə Avstraliyanın təcrübəsini nümunə götürür. Avstraliya dekabr ayında dünyada ilk dəfə olaraq uşaqlar üçün sosial şəbəkələrə qadağa tətbiq edib. Kanberra hökuməti bu addımı psixi sağlamlığın qorunması naminə tarixi dönüş nöqtəsi kimi qiymətləndirib.

Избранный
42
teleqraf.com

1Источники