RU

NYT: Rusiya ABŞ-dən Venesuelaya gedən "Bella 1" tankerini təqib etməməsini istəyib

Rusiya Federasiyasının hökuməti ABŞ-yə diplomatik nota göndərərək Venesuelaya gedən "Bella 1" tankerinin təqibinin dayandırılmasını xahiş edib. ABŞ tərəfi bu tankeri Venesuela nefti ilə yüklənmiş gəmilərin blokadası çərçivəsində saxlamağa çalışır.

"Far.Az" xəbər verir ki, bu barədə mənbələrə istinadən "The New York Times" (NYT) məlumat yayıb.

Nəşr qeyd edib ki, Moskva ABŞ Dövlət Departamentinə sorğunu dekabrın 31-i gecə göndərib, sənəd həmçinin Ağ Evin Milli Təhlükəsizlik Şurasına da çatdırılıb.

Amerikalılar, demək olar, iki həftədir bu tankerin hərəkətini izləyirlər. Gəmi İrandan çıxaraq Venesuelaya neft götürməyə gedirdi, ABŞ Silahlı Qüvvələri isə onu Karib dənizində saxlamağa cəhd göstərib. Sahil mühafizəsinin nümayəndələrinin sözlərinə görə, tanker milli bayraq olmadan hərəkət edirdi və qurumun onun həbsinə dair orderi var idi, çünki gəmi ABŞ-nin sanksiya siyahısında yer alır.

"Bella 1" tankerinin ekipajı, əsasən, Rusiya, Hindistan və Ukraynadan olan şəxslərdən ibarətdir. Onlar əmrlərə tabe olmayaraq ABŞ sahil mühafizəsinin gəmiyə daxil olmasına imkan verməyiblər və bundan sonra tanker Atlantik okeanına qayıdıb.

Избранный
56
far.az

1Источники