RU

“Mercedes” yeni mövsüm öncəsi əvvəl loqosunu yeniləyib FOTO

Idman.biz saytından alınan məlumata görə, ain.az bildirir.

Almaniyanın “Mercedes” komandası 2026-cı ildə yeni “Formula-1” mövsümünün başlaması və “ W17” avtomobilinin qarşıdan gələn təqdimatı ərəfəsində loqosunu yeniləyib.

İdman.Biz bildirir ki, komanda tərəfindən sosial mediada yerləşdirilən yeni loqotipdə “Mercedes”in rəngləri: qara, ağ və firuzəyi (əsas sponsoru “Petronas”ın rəngləri) yer alır.

Xatırladaq ki, “Mercedes”, digər komandalarla birlikdə, 2026-cı ildə güc aqreqatlarına və aerodinamikaya təsir edəcək əsas tənzimləmə dəyişikliklərinə hazırlaşır.

Corc Rassel və Andrea Kimi Antonellinin sürəcəkləri yeni “W17” avtomobilinin rəsmi təqdimat tarixi hələ açıqlanmayıb. İlk qapalı testlər 26-30 yanvar tarixlərində Barselonada keçiriləcək, bundan sonra komandalar rəsmi mövsümöncəsi testlər üçün Bəhreynə yola düşəcəklər.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
82
1
icma.az

2Источники