Bakı, 2 yanvar, AZƏRTAC
Əbu-Dabidə Yeni il gecəsi ən uzun atəşfəşanlıq nümayişi olunub.
AZƏRTAC xəbər verir ki, proses 62 dəqiqə davam edib. Şou üçün təxminən 40 min fişəng və 6500-dən çox dron istifadə edilib. Bu nailiyyət Ginnesin Rekordlar Kitabına daxil ediləcək.