RU

İranda Quran yandırıldı, məscidə hücum edildi

İranın Həmədan şəhərində bir qrup etirazçı digər dini kitablarla birlikdə Quranı yandırıb, digər bir qrup iğtişaşçı isə məscidə hücum edib.

APA xəbər verir ki, bu barədə Tasnim xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, cümə axşamı, 1 yanvar tarixində etirazçılar Həmədanın Sədəf bölgəsində Quran da daxil olmaqla bir neçə dini kitabı yandırıblar.

Təxminən 20 etirazçıdan ibarət başqa bir qrup şəhərdəki məscidə hücum etməyə cəhd edib. Lakin hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib onların planlarını həyata keçirməsinə mane olub.

Qeyd edək ki, 29 dekabrda İran tüməninin kəskin şəkildə ucuzlaşması səbəbilə tacirlər Tehranın mərkəzində etiraz aksiyalarına başlayıblar.

Избранный
22
3
aznews.az

6Источники