2022-ci il fevralın 24-də Ukraynada müharibə başlayandan sonra Avropa İttifaqı genişmiqyaslı sanksiyalar tətbiq edib və bu sanksiyalar Rusiyaya ixracı kəskin şəkildə azaldıb. Belə ki, 2021-ci ildə 89 milyard avro olan ixrac həcmi 2025-ci ilin sentyabrına olan vəziyyətə görə 66% azalaraq 30 milyard avroya düşüb.
Publika.az xəbər verir ki, bu barədə iqtisadçı Ehsan Soltaninin təhlilində deyilir.
Eyni dövrdə Aİ-nin bir sıra MDB ölkələrinə - Qazaxıstan, Moldova, Özbəkistan, Gürcüstan, Qırğızıstan, Azərbaycan və Ermənistana ixracı iki dəfədən çox artaraq 108% yüksəlib və 15,5 milyard avrodan təxminən 32,2 milyard avroya çatıb.
Ehsan Soltani
