ain.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
Məşhur amerikalı aktyor Tommi Li Consun 34 yaşlı qızı Viktoriya Kaliforniyadakı bir oteldə ölü tapılıb.
APA xəbər verir ki, bu barədə TMZ portalı hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.
"Tommi Li Consun qızı Viktoriya Kaliforniyadakı bir oteldə ölü tapılıb. Cümə axşamı səhər tezdən. Viktoriyanın 34 yaşı var idi", - məlumatda deyilir.
Hadisə yerinə polis və tibbi ekspert gəlib. Ölümün səbəbi hələ də məlum deyil.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.