RU

İsveçrədə xizək kurortunda baş verən yanğına şamların səbəb olduğu ehtimal edilir

Bakı. Trend:

İsveçrənin məşhur Krans-Montana xizək kurortunda Yeni il gecəsibaş verən dəhşətli yanğında həlak olanların əksəriyyətinin gənclərolduğu bildirilir.

Trend xariciKİV-ə istinadən xəbər verir ki, artıq onların şəxsiyyətlərininmüəyyənləşdirilməsinə başlanılıb.

Hadisənin səbəbi hələ dəqiq məlum deyil. İsveçrə hakimiyyətiyanğının hücum deyil, qəza nəticəsində baş verdiyini bildirir.İlkin ehtimallara görə, barın zirzəmisində tavanın şamlarınqığılcımlarına çox yaxın olması yanğına səbəb ola bilər.

Hadisə müasir İsveçrənin ən ağır faciələrindən biri kimiqiymətləndirilir. Krans-Montana meri Nikolas Fero bildirib ki, əsasməqsəd bütün həlak olanların kimliyini dəqiqlikləmüəyyənləşdirməkdir. Valais kanton hökumətinin başçısı MatiasReynar isə məlumatların həddən artıq həssas olduğunu, ailələrəyalnız tam dəqiqlik əldə edildikdən sonra məlumat veriləcəyinivurğulayıb.

Xarici ölkələrin səfirlikləri ölən və yaralananlar arasında özvətəndaşlarının olub-olmadığını araşdırmağa başlayıb.

Qeyd edək ki, İsveçrənin Alp dağlarında yerləşən məşhur xizəkkurortu Krans-Montanada 2026-cı il yanvarın 1-nə keçən gecə, saat01:30 radələrində “Le Constellation” adlı ikimərtəbəli bardapartlayış baş verib. Hadisə nəticəsində təxminən 40 nəfər həyatınıitirib, 100-dən çox insan isə müxtəlif dərəcəli xəsarətləralıb.

Məqalədə:
Избранный
33
az.trend.az

1Источники