45 yaşlı italiyalı Enzo Mareska "Çelsi"dən qovulduqdan sonra kompensasiyadan imtina edib.
Publika.az xəbər verir ki, bu barədə "talkSPORT" məlumat yayıb.
Mareskanın istefası yanvarın 1-də rəsmən açıqlanıb. Onun klubla müqaviləsi 2029-cu ilin yayına qədər nəzərdə tutulmuşdu.
Enzo Mareska 2024-cü ilin yayından etibarən "Çelsi"yə rəhbərlik edirdi. Cari mövsümdə londonlular Premyer Liqada 5-ci pillədə, Çempionlar Liqasının ümumi cədvəlində isə 13-cü yerdə qərarlaşıblar.
Qeyd edək ki, Mareska "Çelsi" ilə Konfrans Liqasını və klublararası dünya çempionatını qazanıb.