ain.az bildirir, Apa.az portalına istinadən.
Bölgələrdə qarlı hava davam edir.
APA-nın Şirvan bürosu xəbər verir ki, qarlı hava şəraiti ilə əlaqədar Bakı-Şamaxı avtomobil yolunda hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə polis əməkdaşları tərəfindən gücləndirilmiş rejimdə xidmət təşkil olunub.
Digər aidiyyəti qurumun əməkdaşları ilə birgə yollar, nişanlar qardan və buzdan təmizlənir, qum və duz səpilir.
Sürücülərin mənzil başına təhlükəsiz şəraitdə çatmaları məqsədilə bu istiqamətdə zəruri tədbirlər davam etdirilir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.