RU

ABŞ və İsrail bu məsələdə razılığa gəldi - Bundan sonra...

İsrail və ABŞ-ın Qəzza zolağında atəşkəs razılaşmasının ikinci mərhələsinə keçmək üçün razılığa gəldiyi iddia edilir.

Publika.az xəbər verir ki, bu barədə İsrailin “KAN” telekanalı məlumat yayıb.

Bildirilib ki, bu razılaşma Təl-Əvivin gecikdirmə taktikası səbəbindən yaranan son çıxılmaz vəziyyətin aradan qaldırılması deməkdir.

İddiaya görə, ikinci mərhələ İsrailin tezliklə Rəfah Sərhəd Keçid Məntəqəsini açmağa hazırlaşmasını və nə HƏMAS-ın, nə də İsrail ordusunun iştirak edəcəyi Rəfah ərazisində yeni bir şəhər üçün hazırlıqların davam etdirilməsini əhatə edir.

Избранный
62
publika.az

1Источники