RU

Paytaxtda və rayonlarda qanunsuz silah-sursat aşkarlanıb

Qanunsuz saxlanılan odlu silah-sursatın Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

SİA xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən bildirilib ki, yanvarın 1-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 4 tüfəng, 5 patron darağı və 82 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Избранный
85
49
sia.az

10Источники