RU

Buzlu yol qəzaya səbəb oldu – FOTO

Oğuzda buzlu yol qəzaya səbəb olub.

NOCOMMENT. az-ın bölgə müxbiri xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Padar kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, hərəkətdə olan 2 “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq toqquşub. Qəzadan sonra avtomobillərdən biri sürüşərək yol kənarına düşüb. Qəza nəticəsində avtomobillərə ciddi ziyan dəyib.

Məlumata görə, qəzaya magistral yolun buzlu olması səbəb olub.

Turab

Избранный
42
nocomment.az

1Источники