Tramp administrasiyası Azərbaycan və Ermənistanın sülh gündəliyinə güclü sadiqlik nümayiş etdirib.
APA xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “The Washington Post“ qəzetinə danışıb.
O bildirib ki, ABŞ liderinin məsələ ilə ətraflı şəkildə məşğul olması təqdirəlayiq əməldir.
Hikmət Hacıyev ABŞ tərəfindən Azərbaycana qarşı davam edən məhdudiyyətlərin sülhün əleyhinə işlədiyinə diqqət çəkib.