RU

“Əvvəldən Zaur müəllimin yanında olmuşam” - Əfran İsmayılov hər kəslə işləməyə razıdı

“Araz-Naxçıvan” artıq bir həftədə baş məşqçisi Elmar Baxşıyevlə yolları ayırıb.

Onun boşaltdığı postu tutmağa namizədlər sırasına daha çox ukraynalı mütəxəssis Andrey Demçenkonun adı çəkilir. Klubun icraçı direktoru Eldəniz Yusubov ötən gün verdiyi açıqlamada məşqçilər heyətini saxlamaq istədiklərini demişdi. Elmar Baxşıyevin əsas köməkçisi isə Əfran İsmayılovdu.

Bəs Əfran bəy Elmar Baxşıyevsiz “Araz-Naxçıvan”da qalmaq istəyir? Sualı gənc mütəxəssisə ünvanladıq:
“Mən Elmar Baxşıyev gəlməmiş də “Araz-Naxçıvan”daydım. Zaur Axundov özü dəvət etmişdi. Dedilər ki, yeni məşqçi gələcək, işləmək lazımdı, əl-ələ verib komandanı düzəldək. Heç bir problem yoxdu. Hər şey qaydasındadı. Məni rəhbər şəxslər gətirib komandaya. Elmar müəllim gəlməmiş də soruşmuşdular, demişdim ki, yaxşı məşqçidi, yaxşı insandı. Bunu ilk gündən demişəm. Əvvəldən Zaur müəllimin yanında olmuşam. İşlər gedir”.
MÜZƏFFƏR QULUZADƏ
Избранный
27
1
football-plus.az

2Источники