RU

Qambiyada miqrantları daşıyan gəmi batıb: ölənlər var

Bakı. Trend:

Qambiyada Avropaya getmək istəyən miqrantları daşıyan gəmiŞimali Banka bölgəsindəki Jinack kəndi yaxınlığında batıb.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Qambiya Müdafiə Nazirliyinin açıqlamasına görə, gəmi sahildətapılıb.

İspaniyanın Kanar Adalarına doğru yola çıxan gəminingöyərtəsindəki 96 sərnişin xilas edilib. Boğularaq həyatını itirən7 nəfərin meyiti tapılıb, xilas edilənlərdən 10-nun vəziyyətininkritik olduğu bildirilib. İtkin düşən şəxslərin axtarışları davametdirilir.

Rəsmi mənbələr, qurbanların bir qisminin Qambiya vətəndaşıolmadığını, onların şəxsiyyətlərinin müəyyənləşdirilməsi prosesinindavam etdiyini qeyd edib.

Məlumata görə, Qərbi Afrikadan olan miqrantlar və qaçqınlar,Kanar Adaları üzərindən Avropa qitəsinə çatmaq üçün Qambiyanı birçıxış nöqtəsi olaraq istifadə edirlər. Atlantik Okeanı üzərindənedilən bu yol, miqrantlar üçün ən təhlükəli marşrutlardanbiridir.

Avropa İttifaqı son illərdə miqrasiyanı azaltmaq məqsədilə birneçə Şimali Afrika ölkəsi ilə müqavilələr imzaladığından,miqrantlar daha uzun və təhlükəli olan Atlantik marşrutunayönəldilib.

Məqalədə:
Избранный
22
1
az.trend.az

2Источники