Dünyanın sabiq bir nömrəli qadın tennisçisi Vinus Uilyams 37 yaşlı aktyor və prodüser Andrea Preti ilə ailə qurub.
"Football-plus.az" xəbər verir ki, nigah mərasimi ABŞ-nin Florida ştatındakı Palm-Biç kurort şəhərində keçirilib. 45 yaşlı Uilyams da sosial şəbəkə hesabında ərə getdiyini təsdiqləyib.
Vinus “Böyük dəbilqə” turnirlərinin yeddiqat qalibi, dördqat olimpiya çempionudu. O, korta sonuncu dəfə avqustun 26-da çıxıb, “US Open”in 1-ci dövrəsində çexiyalı Karolina Muxovaya uduzub (3:6, 6:2, 1:6).
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта