RU

Ukrayna kəşfiyyatı: Rusiya böyük insan tələfatına səbəb olacaq provokasiya hazırlayır

Rusiya pravoslavların Milad bayramını qeyd etdiyi 7 yanvar ərəfəsində insan tələfatına səbəb olan genişmiqyaslı provokasiya hazırlayır və burada Ukraynanı günahkar kimi göstərməyə çalışacaq...

APA “UNIAN“a istinadən xəbər verir ki, bu barədə Ukrayna Xarici Kəşfiyyat Xidməti bəyanat yayıb.

“Ukrayna Xarici Kəşfiyyat Xidməti ABŞ-ın vasitəçilik etdiyi sülh danışıqlarına zərbə vurmaq məqsədilə Rusiyanın xüsusi əməliyyatının davam etdiyi barədə xəbərdarlıq edir. Bu əməliyyat hərtərəflidir. Putinin iqamətgahına dırnaqarası hücumdan sonra biz qeydə almışıq ki, Kreml saxta informasiyalar yaymaqla Rusiya və xarici auditoriyaları gərginliyin artmasına hazırlamağa çalışır”, - Xidmətin bəyanatında qeyd olunur.

Qurum Rusiya xüsusi xidmət orqanları tərəfindən manipulyativ təsir mexanizminin silahlı provokasiyaya çevriləcəyi və bu zaman ciddi insan tələfatının baş verəcəyini bildirir.

“Provokasiyanın Milad bayramından əvvəl və ya bayram ərzində həyata keçiriləcəyi gözlənilir. Məkan isə Rusiya və ya Ukraynada dini tikili, eləcə də simvolik əhəmiyyətə malik digər yerlər ola bilər”, - Ukrayna Kəşfiyyat Xidməti xəbərdarlıq edib.

“Baş verəcək hücumda Ukraynanı günahlandırmaqdan ötrü isə, qərb ölkələrinə məxsus vurulmuş dron təmas xəttindən hadisə yerinə gətiriləcək”, - bildirilib.

Poliqon.info

Избранный
12
3
poliqon.info

4Источники