RU

Bakı-Şamaxı yolu buz bağlayıb

Gecə saatlarından bölgəyə yağmağa başlayan qar yollarda çətinlik yaradıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səhər saatlarında havanın qarlı və çovğunlu keçməsi səbəbindən Bakı–Şamaxı–Yevlax avtomobil yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində buzlaşma yaranıb. Nəticədə avtomobillərin hərəkəti qismən məhdudlaşıb, bir neçə nəqliyyat vasitəsi sürüşərək yoldan çıxıb.

Qarlı hava şəraiti ilə əlaqədar Bakı–Şamaxı avtomobil yolunda hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə polis əməkdaşları gücləndirilmiş rejimdə xidmət aparırlar. Digər aidiyyəti qurumların əməkdaşları ilə birgə yol örtüyü və yol nişanları qardan və buzdan təmizlənir, qum və duz səpilir.

Sürücülərin mənzil başına təhlükəsiz şəkildə çatmalarını təmin etmək məqsədilə zəruri tədbirlər davam etdirilir.

Избранный
3
3
azerbaijan-news.az

4Источники