RU

“Qalatasaray” “Napoli”nin daha bir futbolçusunu hədəfə aldı

“Napoli”nin futbolçusu Noa Lanq klubu tərk edə bilər.

Publika.az xəbər verir ki, “Il Mattino”nun məlumatına görə, Türkiyənin “Qalatasaray” klubu niderlandlı vingerin transferi üçün hərəkətə keçib.

26 yaşlı futbolçu cəmi 6 ay əvvəl “Napoli”yə qoşulsa da, qarşıdan gələn qış transfer pəncərəsi ərəfəsində onun komandadakı rolu sual altına düşüb.

“Napoli” ilə “Qalatasaray” arasında əvvəlki illərdə bir neçə transfer razılaşması olub. Onların arasında ən diqqət çəkəni yayda Viktor Osimhenin keçidi idi. Lakin Lanqla bağlı mümkün danışıqlar klubun təcili ehtiyacları səbəbindən qısa müddətdə aparılmalıdır.

Избранный
75
publika.az

1Источники