RU

Sami Uğurlu – “Antalyaspor”un yeni baş məşqçisi – ARENA.AZ

Türkiyəli futbol mütəxəssisi Sami Uğurlu Super Liqa təmsilçisi “Antalyaspor” komandasının baş məşqçisi təyin edilib.

Arena.az xəbər verir ki, bu barədə Antalya klubunun mətbuat xidməti məlumat yayıb.

Aralıq dənizi klubu ilə 47 yaşlı mütəxəssis arasında 2025/2026-cı illər mövsümünün sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalanıb.

Xatırladaq ki, Sami Uğurlu daha əvvəl “Bandırmaspor”, “Kasımpaşa” və “Alanyaspor”u da çalışdırıb. O, 2025-ci ilin mart ayında “Alanyaspor”dan ayrılandan bəri işsiz idi.

Uğurlu “Antalyaspor”da cari mövsüm ərzində üçüncü baş məşqçidir. Mövsümə Emre Belözoğlu ilə başlayan, daha sonra Erol Bulutu komandanın sükanı arxasına gətirən Antalya təmsilçisinin işləri qaydasına düşmək bilmir.

“Antalyaspor” geridə qalmış 17 turdan sonra Super Liqanın cari mövsümünün turnir cədvəlində 15 xalla 15-cidir. Komanda keçirdiyi 17 oyunda cəmi 4 qələbə qazanıb, 3 heç-heçə edib, 10 məğlubiyyətə üzülüb.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
36
12
arena.az

10Источники