RU

“Sabah” “Rubin”dən icarəyə götürdüyü Umarali Rahmonaliyevlə bağlı qərarını verib

“Sabah” “Rubin”dən icarəyə götürdüyü Umarali Rahmonaliyevlə bağlı qərarını verib.

İdman.Biz “sport-ekspress” nəşrinə istinadən xəbər verir ki, Azərbaycan klubu özbəkistanlı yarımmüdafiəçinin transfer hüquqlarına yiyələnəcək.

U.Rahmonaliyev Masazır təmsilçisi ilə uzunmüddətli müqavilə imzalayacaq.

Qeyd edək ki, “Sabah” Umarali Rahmonaliyevi 2025-ci ilin yanvar ayında icarəyə götürüb. Futbolçu komandanın heyətində meydana çıxdığı 36 rəsmi matçda 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

İdman.Biz
Избранный
104
2
idman.biz

3Источники