RU

Fransada həkimlər 10 günlük tətilə başlayırlar

Axar.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Fransada özəl xəstəxanaların həkimləri ilk dəfə olaraq yanvarın 5-dən on günlük tətil elan ediblər. Həkimlər peşələrini tapdalayan dövlət siyasətinə etiraz edirlər. Ölkə üzrə genişmiqyaslı səfərbərlik gözlənilir.

Axar.az xəbər verir ki, tətil 2026-cı il sosial təminatın maliyyələşdirilməsi qanununa qarşı yönəlib. Həkimlər büdcənin yetərsiz olduğunu, xəstəlik məzuniyyətlərinə nəzarətin sərtləşdirildiyini və tibbi tariflərin sosial dialoq olmadan azaldıla biləcəyinə etiraz edirlər. Rəy sorğularına görə, həmkarlar ittifaqı üzvlərinin təxminən 85 faizi aksiyaya qoşulmağa hazırdır.

Hərəkat günlər keçdikcə güclənəcək. Əməliyyat bloklarının fəaliyyəti azaldılacaq, yanvarın 10-da isə Parisdə milli nümayiş planlaşdırılır.

Səlahiyyətli qurumlar vəziyyəti yaxından izlədiklərini bildirir, həmkarlar ittifaqları konkret addımlar gözlədiklərini vurğulayır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
129
5
axar.az

6Источники