RU

Minlərlə turist Karib adalarından çıxa bilmir

Venesueladakı vəziyyətlə əlaqədar minlərlə turist Karib adalarını tərk edə bilmir.

Bizim.Media xəbər verir ki, bu barədə The Daily Mail yazıb.

Məlumata görə, çoxsaylı aviareyslərin gecikdirilməsi və ləğvi turistlər arasında narahatlıq yaradıb.

Xüsusilə Sent-Tomas adasındakı Siril E. Kinq hava limanında son sutka ərzində 43 reys ləğv edilib.

American Airlines şirkəti bildirib ki, Venesueladakı vəziyyət 19 hava limanının işinə təsir göstərib.

Bunlara Amerika və Britaniya Vircin adaları, Puerto-Riko, Sent-Martin, Sent-Lüsiya, Barbados və digər Karib adalarındakı hava limanları daxildir.

Bizim.Media

Избранный
158
1
bizim.media

2Источники