BMT Təhlükəsizlik Şurası Venesuela ilə bağlı fövqəladə iclas keçirməyə hazırlaşır.
BAKU.WS-in məlumatına görə, bu barədə "Sinxua" agentliyi BMT Təhlükəsizlik Şurasına hazırda sədrlik edən Somalinin BMT-dəki daimi nümayəndəliyinə istinadən xəbər yayıb.
Bildirilib ki, fövqəladə iclas yanvarın 5-də saat 15:00-da baş tutacaq.