RU

Hava məkanı iflic oldu: rabitə sistemləri çökdü, ölkədə misli görünməmiş aviasiya böhranı

Yunanıstan bu gün misli görünməmiş aviasiya böhranı ilə üz-üzə qalıb. Ölkənin hava məkanı faktiki olaraq tamamilə boşalıb, mülki aviasiya reysləri isə təcili şəkildə alternativ marşrutlara yönləndirilib.

Ekologiya.az xəbər verir ki, Yunanıstanın hava hərəkətinə nəzarət sistemlərində baş verən ciddi texniki nasazlıq nəticəsində pilotlarla dispetçer mərkəzləri arasında rabitə demək olar ki, tam kəsilib. Təhlükəsizlik qaydalarına əsasən bu cür vəziyyətdə uçuşların idarə olunması mümkün olmadığından, səlahiyyətli qurumlar ölkənin hava məkanını müvəqqəti bağlamaq qərarı veriblər.

Məlumata görə, problem əsasən radio və hava rabitə tezliklərinin sıradan çıxması ilə bağlıdır. Bu səbəbdən Afina daxil olmaqla Yunanıstanın bütün əsas hava limanlarında eniş və qalxışlar dayandırılıb, səmada olan təyyarələr isə ya geri qaytarılıb, ya da qonşu ölkələrin hava məkanına yönləndirilib.

Uçuş izləmə sistemlərində yayımlanan görüntülər Yunanıstan üzərində demək olar ki, tam səssiz səma mənzərəsini ortaya qoyub. Avropa, Yaxın Şərq və Aralıq dənizi istiqamətində hərəkət edən onlarla beynəlxalq reys ölkəni kənardan dolanaraq uçuşlarını davam etdirir.

Rəsmi qurumlar hadisənin səbəbləri ilə bağlı araşdırmalara başlanıldığını açıqlayıb. İlkin ehtimallara görə, nasazlıq mərkəzi hava nəzarət infrastrukturu ilə bağlıdır və onun aradan qaldırılması üçün texniki qruplar fövqəladə rejimdə işləyir. Lakin hələlik hava məkanının nə vaxt tam bərpa olunacağı barədə konkret vaxt verilməyib.

Ekspertlər bildirirlər ki, belə miqyaslı rabitə problemi yalnız Yunanıstan üçün deyil, bütün Avropa aviasiya sistemi üçün ciddi risk siqnalıdır. Təhlükəsizlik tam təmin edilməyənədək uçuşların bərpası istisna edilir.

Hazırda minlərlə sərnişin gecikmələr və reyslərin ləğvi ilə üzləşib, aviaşirkətlər isə fövqəladə marşrut dəyişiklikləri tətbiq edir.

Attachment

Musavat.com

Избранный
109
9
ekologiya.az

10Источники