ABŞ-nin Venesuelada həyata keçirdiyi hərəkətlər “neft avantürası”dır.
Xezerxeber.az xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fitso bildirib.
Onun sözlərinə görə, mövcud vəziyyətə təsir imkanları məhdud olsa da, ABŞ-nin bu addımlarını qəti şəkildə pisləmək və rədd etmək lazımdır.
Baş nazir vurğulayıb ki, bu mövqe Slovakiya–ABŞ münasibətlərinə mənfi təsir göstərə bilsə belə, o, bu riski qəbul edir.