RU

Lazım gəlsə, Venesuelaya yenə hücum edərik - Tramp

ABŞ Prezidenti Donald Tramp Venesueladakı vəziyyətlə bağlı açıqlama verib. 

Missiya.Az xəbər verir ki, o, Floridadan Vaşinqtona qayıdarkən jurnalistlərin suallarını cavablandırıb.

Tramp Venesuelaya mümkün hərbi müdaxiləni haqlı saydığını bildirib və ölkə Prezidenti Nikolas Maduronu “narko-terror dövləti” idarə etməkdə ittiham edib. Onun sözlərinə görə, ABŞ-yə Venesueladan külli miqdarda narkotik daxil olur.

ABŞ Prezidenti qeyd edib ki, Venesuelada görüləsi çox iş var və ABŞ-nin böyük neft şirkətləri ölkəyə milyardlarla dollar dəyərində investisiya yatırmağa hazırdır. Tramp Venesuela vitse-prezidenti Delsi Rodrigezlə kabinet üzvlərinin təmasda olduğunu bildirərək, “Venesuelada nəzarət bizim əlimizdədir” deyib.

Seçkilərlə bağlı suala cavabında Tramp əvvəlcə ölkədə vəziyyətin stabilləşdiriləcəyini, daha sonra isə seçkilərin vaxtında keçiriləcəyini vurğulayıb.

Tramp, həmçinin lazım gələrsə, Venesuelaya qarşı ikinci hücumun mümkün olduğunu bildirib.

Digər tərəfdən, ABŞ Prezidenti İranla bağlı sərt açıqlamalar verib, Meksikanın narkotik kartelləri tərəfindən idarə olunduğunu iddia edib və Kolumbiyanı “xəstə ölkə” adlandırıb.

Tramp Ukraynanın Rusiya Prezidenti Vladimir Putinin iqamətgahına hücum etməsi ilə bağlı iddialara inanmadığını deyib. O, həmçinin Çin Prezidenti Si Cinpinlə yaxşı münasibətlərinin olduğunu və aprel ayında Çinə səfər edəcəyini açıqlayıb.

Seyranə QuliyevaMissiya.Az

Избранный
151
50
missiya.az

10Источники