Məşhur müğənninin hərəkəti mübahisə yaratdı – GÖRÜNTÜ
Ajans.az xəbər verir ki, Globalinfo.az-a danışan dinşünasTural İrfandeyib ki, insanlara yardımetmək, xüsusilə də təmənnasız və gizli şəkildə dəstək olmaq dində böyük savab sayılır: “Yardımın gizli edilməsi daha üstün hesab edilsə də, bəzən onu açıq şəkildə həyata keçirmək başqalarına nümunə olmaq baxımından məqsədəuyğun ola bilər. Əhalinin maddi, sosial vəziyyəti ağırlaşdıqca imkanlı və vicdanlı şəxslərin ehtiyacı olan insanların borclarını bağlaması xeyirli əməl kimi qiymətləndirilir. Bu cür yaxşılıq böyük savab gətirən davranış hesab olunur. Lakin yardımreklam xarakteri daşıyarsa, özünü göstərmək, riyakarlıq etmək və ya ehtiyac sahibinin abrını zədələmək məqsədi güdərsə, savabdan çox günah qazandırar. Yardımelə edilməlidir ki, kasıbın qüruru tapdalanmasın, o, dilənçi kimi təqdim olunmasın”. Dinşünas bildirib ki, dində göstəriş və riyakarlıq qəbuledilmir: “Bununla belə, başqalarını xeyirxah əməllərə təşviq etmək məqsədilə yaxşılığın özü nümunə kimi ictimailəşdirilə bilər. Bu zaman yardımedilən şəxslərin adlarının açıqlanması və siyahıların elan olunması yolverilməz sayılır. Çünki ehtiyac sahibləri gizli saxlanmalıdır”.