RU

Ukraynalı generalın atası bayramı Moskvada keçirdi 1 milyon rubla...

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı, general Aleksandr Sırskinin atasının halı pisləşib və o, Moskva yaxınlığında bir xəstəxanaya yerləşdirilib.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə “Shot” teleqram kanalı çıxış edib.

Məlumata görə, dekabrın sonunda 86 yaşlı Stanislav Sırskinin halı pisləşib. O, dərhal Moskva yaxınlığındakı xəstəxanaya yerləşdirilib. Həkimlər Sırskinin atasına sətəlcəm diaqnozu qoyublar.

Rusiya KİV yazır ki, müalicə özəl klinikada həyata keçirilib. Stanislav Sırskinin ümumilikdə müalicə və reabilitasiyası oğluna 1 milyon rubla başa gəlib. Hazırda vəziyyətinin stabil olduğu bildirilsə də, həkimlər onun bir daha gəzə bilməcəyini deyirlər.

Generalın atasının həmçinin bir müddətdir beynində şiş olduğu və müalicə aldığı qeyd edilir. O, Rusiyada yaşayır və xərclərini oğlu qarşılayır.

Ayşən Mustafa

Globalinfo.az 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
96
50
globalinfo.az

10Источники