Bakı. Trend:
Maliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının 2026-cıilin dövlət və icmal büdcələri ilə bağlı məlumatları özündəbirləşdirən “Vətəndaşın büdcə bələdçisi” hazırlanıb.
Bu barədə Trend-ə nazirlikdən məlumat verilib.
Bildirilib ki, hər il ənənəvi olaraq hazırlanan bələdçidə dövlətvə icmal büdcələrin əsas parametrləri, büdcə layihəsininhazırlanması prosesində görülmüş işlər, büdcə gəlirlərininformalaşma mənbələri və xərclərin istiqamətləri barədə əsasməlumatlar əks olunub.
Vətəndaşların ixtiyarına verilən bələdçidə 2026-cı ildəhökumətin həyata keçirəcəyi sosial-iqtisadi layihələr, həmçininmühüm xərc istiqamətləri olan ölkəmizin müdafiə qabiliyyətiningücləndirilməsi, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışıtəmin edəcək sürətli bərpa və yenidənqurma işlərinin davametdirilməsi, iqtisadi inkişafın stimullaşdırılması, əhalinin sosialmüdafiəsinin təmin edilməsi, təhsil, səhiyyə xərcləri və dövlətinəsas vəzifə və funksiyalarının həyata keçirilməsi üçün yaradılanmaliyyə təminatı barədə məlumatlar əldə etmək olar.
Beynəlxalq fiskal diaqnostika alətlərinin, xüsusilə də AçıqBüdcə Sorğusunun metodologiyasına və tələblərinə uyğun olaraqhazırlanan sənəd büdcə şəffaflığının və hesabatlılığınınartırılması istiqamətində Maliyyə Nazirliyi tərəfindən həyatakeçirilən tədbirlərin tərkib hissəsidir.
Qeyd edilib ki, hazırlanmış bu nəşr vətəndaşlara büdcə sahəsindəbələdçilik edəcək, büdcənin daha asan və aydın şəkildə başadüşülməsində yardımçı olacaqdır.