RU

Mandarindən həddindən artıq yemək niyə təhlükəlidir?

"Gündə 3-4 mandarin sağlamlıq üçün təhlükəsiz sayılır".

Azreform.info lenta.ru-ya istinadla xəbər verir ki, bu barədə allergoloq Alina Romanova danışıb.

Həkim qeyd edib ki, mandarinlərdə C vitamini çox olmasa da, orta miqdarda qəbul ediləndə soyuq mövsümdə bədəni qorumağa kifayətdir. C vitamini immun hüceyrələrini aktivləşdirir və orqanizmin virus və infeksiyalarla mübarizəsinə kömək edir. A vitamini ilə birlikdə C vitamini isə dəri qocalmasının qarşısını alır və kollagen istehsalını stimullaşdırır.

Lakin çox mandarin yemək mədə turşuluğunu artıraraq qastrit və yanğı hissi yarada, çox lif qəbul etmək isə həzm problemlərinə, şişkinliyə və ishala səbəb ola bilər.

Həkim həmçinin qeyd edib ki, meyvənin yüksək şəkər tərkibi səbəbindən şəkər xəstələri və çəkiyə diqqət edən insanlar onun çoxunu yeməməlidir.

Dəri səpgiləri ilə bağlı isə o bildirib ki, əksər hallarda bu, “psevdonalergik” reaksiyadır. Mandarinlər histaminin sərbəst qalmasına səbəb olan qidalardır. Çox yeyildikdə dəridə səpgilər, qızartı və qaşınma yarana bilər. Bu simptomlar asanlıqla allergiya ilə qarışdırıla bilər.

Bu reaksiyanın xüsusiyyəti dozadan asılı olmasıdır. Az miqdarda qəbul edildikdə heç bir reaksiya yaranmaz, lakin fərdi hədd aşılarsa simptomlar ortaya çıxır. Hər kəs üçün bu hədd fərqlidir. Ortalama olaraq, gündə 3-4 mandarin orqanizmə zərər vermir.

Həmidə İbrahimova

Избранный
54
1
azreform.info

2Источники