Bakı.Trend:
Avropa Komissiyası Ukraynaya 90 milyard dollarlıq yardımpaketindən (2026-2027-ci illəri əhatə edən) ilk maliyyə tranşını2026-cı ilin ikinci rübünə kimi köçürmək niyyətindədir.
Trend xarici KİV-əistinadən xəbər verir ki, bunu Avropa Komissiyasının nümayəndəsiMatsey Berestetski Brüsseldə keçirilən brifinqdə deyib.
“Biz əlbəttə ki, Ukraynanın maliyyələşdirilməsinin ən qısazamanda təmin edilməsinin vacibliyini başa düşürük. Biz ilk tranşı2026-cı ilin ikinci rübündən gec olmayaraq köçürməyiplanlaşdırırıq”, – deyə o bildirib.
Avropa Komissiyasının nümayəndəsi əlavə edib ki, bu pullarınayrılması üçün Kiyevə bütün sənədləri və şərtlər paketini AvropaKomissiyası 2026-cı ilin yanvarında Avropa İttifaqı Şurası vəAvropa Parlamentinin təsdiqinə təqdim edəcək.