Araşdırmalar zamanı məlum olub ki, şirkət indiyədək 4 dəfə ad dəyişib. Belə ki, qurum 2012-ci il mayın 7-də “PANORAMA CO” MMC adı ilə yaradılıb. Daha sonra 2020-ci il iyulun 21-də “GÜVƏN” Mənzil-Tikinti Kooperativi, həmin ilin dekabrın 11-də isə “İNTERNATİONAL DEVELOPMENT GROUP” Mənzil-Tikinti Kooperativi adını alıb. Nəhayət, 2021-ci il oktyabrın 21-də adını dəyişərək indiki “AVANT GROUP” Mənzil-Tikinti Kooperativi kimi fəaliyyət göstərməyə başlayıb. Qeyd edək ki, “Avant Group” 2012-ci ildə təsis edilib və Direktorlar Şurasının sədri Əli Hüseynovdur. Şirkətin adı hazırda Yasamaldakı ağac kəsintisi qalmaqalı fonunda ictimai müzakirələrin mərkəzindədir.