Dağlıq ərazilərdə sürücülərə xəbərdarlıq – yollar buz bağlayır
Avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb.1news.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, yanvarın 6-da ölkə ərazisinin bəzi yerlərində dumanlı hava şəraiti müşahidə olunacaq. Gözlənilən hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı ehtimalı var.
Gecə bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı gözlənilir.