RU

Yaponiyada 6,2 maqnitudalı zəlzələ baş verib

Bakı, 6 yanvar, AZƏRTAC

Yaponiyanın qərbində 6,2 maqnitudalı zəlzələ baş verib.

AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiyanın Milli Meteorologiya İdarəsi məlumat yayıb. Simane prefekturasında qeydə alınan yeraltı təkanların episentri Yerin 10 kilometr dərinliyində yerləşib.

Zəlzələdən sonra sunami təhlükəsi elan edilsə də, bir neçə dəqiqə sonra ləğv edilib.

 

Избранный
119
13
azertag.az

10Источники