RU

“Yataq görüntülərimin yayılması mənim üçün önəmli deyil”

Xəbər verdiyimiz kimi, müğənni Kərim Abbasovla rəqqasə Rəna Ağamuradovanın (Renka) yataq görüntüləri yayılıb.

SİA-nın məlumatına görə, həmin video sosial şəbəkələrdə böyük müzakirə obyektinə çevrilib.

Prodüser-aparıcı Tarix Əliyev (Tolik) idarə etdiyi verilişində həmin görüntülər haqda danışıb:

“17 ildir bu aləmdəyəm. Röya da Faiq Ağayevlə klip görüntüsünü Kənan yaydı. Kərimlə Renka istəməsə də, bilinir ki, klipdir. Kərim girib sosial şəbəkədə yazır ki, bu nədir, sizin əlinizdə heç nə etməyək? Kərim elə adamdır ki, xəbərsiz olsaydı söyərdi. Özü bunu yayırsa, demək, reklama ehtiyacı var. Axı sənin özünü isbat etməyə ehtiyacın yoxdur”.Verilişə zəng edən Renka Kərimlə olan yataq görüntülərinə görə onu təhqir edənlərə cavab verib: “İstəmirdik bu haqda danışaq. Həmin görüntülər klip üçün çəkilib. Klip çəkilişindən sonra mən tədbirə getdim. Mənim üçün bu görüntülərin yayılması önəmli deyil. Paylaşılıb paylaşılıb da. Sabah yaddan çıxacaq. Elə bir böyük görüntü də yoxdur. Səsi də kəsiblər. Əsas odur ki, klip möhtəşəm olacaq”.

Избранный
21
millitv.net

1Источники