RU

Nadal uğurlarının sirrini açdı

ain.az, Footbal-plus portalına istinadən məlumat yayır.

"Football-plus.az" xəbər verir ki, “Böyük dəbilqə” turnirlərinin 22 qat qalibi Rafael Nadal Rocer Federer və Novak Cokoviç üzərində qələbə qazanmaq üçün hansı taktikadan yararlanması haqda danışıb:

“Rocerlə bağlı plan aydındı, xüsusən də oyunun əvvəlində: onu daim uca toplarla yükləmək lazım idi. Belədə onun qələbə şansı azalırdı. Rocerlə oyunlara daha çox mental baxımdan hazırlaşmağa ehtiyac duyurdum. Həmişə eyni taktikadan yararlanmasam da, optimalı bu idi”.

İspaniyalı tennis ulduzu Cokoviçlə duelləri haqda da danışıb:

“Canımda əvvəlki gücün olmadığı son illərdə artıq çətinlik çəkirdim. Coko ilə qarşılaşmalarda fərqli variantlar tətbiq etmək üçün fiziki hazırlığın qaydasında olması vacibdi, məndə artıq bu yox idi. İki-üç zərbə ilə Novaka qalib gəlmək çox çətindi. Bəzən topu oyuna daxil edərəkən çox aqressiv olmağa çalışırdım, ancaq bu qayda həmişə işləmirdi. Karyeramın son illərində hiss edirdim ki, hardla müqayisədə qrunt və ot örtüklərində Novaka qalib gəlmək şansım daha yüksəkdi”.

Yəqin ki, bu açıqlamadan sonra Nadalın hər iki tennisçi ilə oyunlarının statistikası da sizə maraqlı olardı. Nadal isveçrəli Federerlə 40 dəfə qarşılaşıb, bunların 24-də qalib gəlib. Serb Cokovişə isə 60 oyunun 31-də uduzub.Ötən ilin noyabrında karyerasını bitirən ispaniyalı tennisçi bir daha korta qayıtmaq, daha doğrusu, Federerlə sərgi görüşündə qarşılaşmaq ehtimalı haqda da danışıb:

“Heç nə bir daha əvvəlki kimi olmayacaq. Ancaq gələcəkdə nələrin olacağını kim bilir?! Belə bir duel şən keçəcəksə, ortaya nəsə düşünülmüş bir şey qoya biləcəyiksə, özümüz də bunu istəyəcəyiksə, niyə də olmasın?! Oyuna qayıtmaq üçün bütün qapılar bağlanmayıb, ancaq bunun üçün yaxşıca hazırlaşmaq lazımdı. Korta çıxırsansa, hazır olmaq istəyirsən, amma mən bu gün hazır deyiləm. Bunun üçün mənə yetərincə vaxt lazımdı”.

22 “Böyük dəbilqə” titulu olan Nadal ümumilikdə 92 turnirdə qələbə qazanıb, iki dəfə olimpiya çempionu olub. 209 həftə dünya reytinqinin ilk pilləsində qərarlaşıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
109
1
icma.az

2Источники