RU

Malayziyanın baş naziri Türkiyəyə işgüzar səfərə gəlir

BAKI, 6 yanvar. TELEQRAF

Malayziyanın Baş naziri cənab Ənvər İbrahim, Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğanın dəvətinə cavab olaraq 6–8 yanvar 2026-cı il tarixlərində Türkiyəyə rəsmi səfər edəcək.

Teleqraf xəbər verir ki, səfər çərçivəsində, yanvarın 7-də Türkiyə–Malayziya Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ilk iclası keçiriləcək.

Türkiyə ilə Malayziya arasında münasibətlərin müqavilə-hüquqi əsaslarını gücləndirəcək müxtəlif sənədlərin imzalanması da nəzərdə tutulur.

Görüşlər zamanı, həmçinin regional və beynəlxalq məsələlər ətrafında məsləhətləşmələr aparılacaq.

Избранный
27
teleqraf.com

1Источники